Erməni saytıPaşinyanı və hökuməti virus adlandırdı İFŞA

Erməni saytıPaşinyanı və hökuməti virus adlandırdı İFŞA

“Koronavirusla bağlı məsələ Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin qeyri-ciddiliyini və ictimai təhlükəyə yol açdığını növbəti dəfə aşkar etdi”. SİA xəbər verir ki, bu barədə Ermənistanın 7or.am xəbər saytının təhlil bölməsində yazılıb. Belə ki, Ermənistan hakimiyyətinin bir-birini təkzib edən bəyanat və rəylərini ifşa edən yazıda xronoloji sıralama ilə bir sıra məqamlara toxunulub: “Gəlin xronologiyaya nəzər salaq. Onlar öncə İranla bağlı təhlükədən danışanları - əgər bu problem İranda varsa demək bizdə də olacaq və ona görə də təxirəsalınmaz ölçülər götürülməlidir iddiasında bulunanları tənqid edirdilər. “Mənim addımım”ın ştatlı təmsilçiləri iddia edirdilər ki, heç bir problem yoxdur. Ancaq onların bəyanatlarından sonra Nikol İranla sərhədləri bağladı”.

“Onun yaltaqları sübut etməyə çalışırdılar ki, bu şayiəni “qaralar” yaymağa çalışırlar”

Erməni xəbər agentliyi daha sonra Paşinyanın digər addımlarını ifşa edərək yazır ki, erməni baş nazir hər şeyin normal olduğunu deyib və martın 1-də yürüş vaxtını tənin etməklə, siyasi şounu yaratmağa çalışıb: “Mütəxəssislər isə yalnız 1 martı deyil, ümumiyyətlə, belə bir zamanda yürüşlərin keçirilməsinin yolverilməz olduğunu billdirdilər, belə ki, virusun yayılması təhlükəsi qalmaqdadır. Həmin mərhələdə Niklolun yürüşün vaxtının dəyişdirilməsi ilə bağlı qərarı yox idi. Onun yaltaqları sübut etməyə çalışırdılar ki, bu şayiəni “qaralar” yaymağa çalışırlar. Nikol anlayanda ki, yürüşdə az adam iştirak edəcək, yəni lazımi qədər iştirakçı yığılmayacaq dərhal İrəvanda koronavirus yoluxması barədə danışdı və hesab etdi ki, yürüşü təxirə salmaq lazımdır”.

“Nəticədə Arsen Torosyan axmaq vəziyyətdə qaldı...”

Adıçəkilən erməni saytı daha sonra qeyd edir ki, onun (Nikol Paşinyanın) tərəfindən təyin edilmiş nazirlər özlərini müvafiq vaxtda əsl inqilabçılar kimi apardılar. Yəni xalqı qorxaqlıqda ittiham edərək, ictimaiyyəti qınayan fikirlər səsləndirdilər. “Biri yazdı ki, əgər bu qədər virusdan qorxursunuzsa, uşaqlarınızı məktəblərə yollamayın. Səhiyyə naziri isə bəyan etdi ki, o öz uşağını məktəbə yola salacaq. Arsen Torosyan həmin bəyanatını verər-verməz Nikol Paşinyan təhsil müəssisələrini bir həftəliyinə bağlanması qərarını verdi. Nəticədə Arsen Torosyan axmaq vəziyyətdə qaldı və nəticədə onun öz uşaqlarını məktəbə göndərib-göndərməməsi, ya da partiya və rəhbərinin qərarına tabe olmasmaı bəlli deyil”, deyə sayt yazır.

Sayt sonda yazır ki, virusun daşıyıcısına gəlincə, Nikol və Arsen birgə hazırladıqları və bir-birinə zidd olan ifadələrlə, marazm bəyanatları ilə müşahidə edilən tamaşanı oynayıblar. “ Bir sözlə, Ermənistanda daha təhlükəli virus var. Özü də bu virus “koronanın” gəlməsinə qədər ölkəyə daxil olub”, sonda bildirilir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə