"Azərbaycanda parlament seçkiləri sona çatıb". Bunu SİA-ya açıqlamasında Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli deyib.
Onun sözlərinə görə, artıq nəticələr bəllidir və Konstitusiya Məhkəməsi bu nəticələri təsdiq edib: "Bununla bağlı müxalifət düşərgədə ortaq bir fikir yoxdur. Müxaliflər arasında seçkilərdə iştirakla bağlı da fərli fikirlərin şahidi olduq və ona görə də, onların arasında qarşıdurmalar baş verdi. Seçkilərin nəticələri ilə bağlıda fikirlərin uzlaşdırılması gedir, bu cür müzakirələr aparılır, seçkilərdə iştirak etməyən partiyalarla seçkilərə qoşulanların nəticələrlə bağlı ortaq mövqe göstərməsi bir qədər çətin ola bilər. Bu artıq seçkilərə münasibətdən qaynaqlanır. Amma adı çəkilən qüvvələrin bir ayara gəlməsi inandırıcı görünmür. Çünki bunların əvvəlcədən münasibətləri fərqli olub və nəticələri də bölüşmələri o qədər də uyğun gəlmir. Həm də, seçkilərdən bunların hər birinin qazandıqları pay və əldə etdikləri nəticələr fərqlidir. Ona görə də, onların müəyyən bir mövqeyə gəlməsi mümkünsüzdür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB