Putin və Ərdoğan İdlib böhranından çıxış yollarını müzakirə edəcəklər
Bu gün Rusiya Prezidenti Vladimir Putin, Suriyanın İdlib əyalətindəki kəskinləşən vəziyyət fonunda Moskvaya səfər edəcək türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq. SİA-nın TASS-a istinadən verdiyi xəbərə görə, prezidentin sözçüsü Dmitri Peskov açıqlayıb ki, danışıqlar zamanı əsas gözləntilər İblib böhranının səbəbləri, böhranın zərərli təsiri, dayandırılması üçün zəruri birgə tədbirlərlə bağlı ümumi bir fikir əldə etməkdən ibarətdir.
İki ölkənin birgə görəcəyi tədbirlər haqqında açıqlama verəməyən Peskov hər kəsi görüşün nəticəsini gözləməyə çağırıb.
Qeyd edək ki, Kreml danışıqlarda Rusiyanın mövqeyinin tamamilə ardıcıl və dəyişməz olacağını açıqlamışdı. Peskovun sözlərinə görə, Moskva Suriyanın ərazi bütövlüyünün tərəfdarıdır və Dəməşqə terrorizmlə mübarizədə dəstək verir, Soçi razılaşmalarına sadiq qalaraq, türk tərəfdaşları ilə əməkdaşlığa böyük əhəmiyyət verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB