"Prezidentlərin görüşündə əsas müzakirə predmeti İdlib məsələsidir" ÖZƏL-ŞƏRH
"Martın 5-də Rusiya və Türkiyə Prezidentləri arasında keçiriləcək görüşdə əsas müzakirə predmeti İdlib məsələsidir. Yəni Suriyada baş verən son proseslərdir". Bunu SİA-ya politoloq Vüqar Zifəroğlu deyib.
Politoloqun sözlərinə görə, Türkiyənin mövqeyi əvvəldən belə oldu ki, konkret şəkildə Astana formatında qəbul olunan qərarlara tərəflər əməl etməlidirlər: "Rusiyadan da gözləntilər bundan ibarətdir ki, Astana formatında qəbul olunan bu qərarlar həyata keçirilsin. Amma son bir ayda Bəşər Əsəd rejiminə məxsus qüvvələrin aktiv əməliyyatlara başlaması, hücumlar etməsi, türk ordusunun şəhidlər verməsi və s. bütün bunlar hamısı Suriyada yeni bir qarşıdurmanın alovlanmasına gətirib çıxardı. Baxmayaraq ki, son iki ildə müəyyən bir nisbi sakitlik hökm sürürdü. Artıq müəyyən mənada hamıda Suriyada olan problemlərin qismən daha axıcı və daha normal məcraya qədəm qoyması barədə bir təsəvvür yaranırdı. Göründüyü kimi bu belə olmadı. Maraqlı bir məqamdır ki, eyni günlərdə Liviyada və Suriyada əməliyyatlara start verilməsi onu göstərdi ki, burada Türkiyənin konkret şəkildə Yaxın Şərqdən sıxışdırılıb çıxarılması, onu iki cəbhədə savaş açmağa məcbur etməklə qüvvələrini parçalamaq və zəiflətmək hədəf kimi qarşıya qoyulub. Təbii ki, onlar nəticələrə nail ola bilmədilər. Son bir həftədə Əsəd rejiminin ciddi itkilərə məruz qalması göstərdi ki, Türkiyə əslində prinsip etibarilə belə vahim ssenarilərin ona qarşı həyata keçiriləcəyinə hazır idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB