"Azərbaycan Prezidenti ən təhlükəli məqamlarda belə vətəndaşının yanındadır" AÇIQLAMA-ÖZƏL
"Prezident İlham Əliyevin ötən gün Goranboy, Şəmkir və Qazax rayonlarına səfəri sürpriz səfər deyildi. Çünki, dövlət başçısı şəraitdən asılı olmayaraq hər zaman xalqının, vətəndaşının yanındadır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O bildirib ki, dünyada baş verən proseslər Azərbaycan Prezidentinin səfərlərini əngəlləyə bilməz: "Bildiyiniz kimi bu gün dünyada koronavirus infeksiyasına yoluxma təhlükəsi ilə əlaqədar bir sıra səfərlər, mühüm tədbirlər təxirə salınıb. Amma buna baxmayaraq ölkə başçısı regionlara səfər edərək oradakı vəziyyətlə yaxından tanış oldu".
Dövlət başçısının səfər zamanı Goranboyda Xəstəxanın açılışında iştirak etdiyini xatırladan deputat söyləyib ki, bütün bunlar Azərbaycanda müasir səhiyyə infrastrukturunun formalaşdırıldığını göstərir:
"Azərbaycan Prezidenti açılış zamanı etdiyi çıxışında bildirdi ki, ölkəmizdə dünyanı təşvişə salan koronavirus infeksiyasının qarşısının alınması məqsədilə profilaktik tədbirlər yüksək səviyyədə keçirilir və bu addımlar bundan sonra da atılacaq. Bununla yanaşı dövlət başçısı virusun ölkəmiz üçün təhlükəli olmadığını da vətəndaşların diqqətinə çatdırdı. Cənab prezidentin çıxışında əsas məqamlardan biri koronavirusla bağlı vəziyyətdən istifadə edən bəzi şəxslərlə bağlı idi ki, ölkə rəhbəri bu məsələyə öz münasibətini bildirərək, Azərbaycan dövləti tərəfindən belə addımlara qarşı sərt tədbirlərin görüləcəyini xüsusi qeyd etdi. Ümumiyyətlə, Prezident İlham Əliyev hər zaman belə şəxslərə qarşı çıxıb, bu cür halların nəzarətə götürülməsi ilə bağlı tapşırıqlarını verib. Ötən gün işbazlara xalqımıza qarşı oyun oynamasına imkan verilməyəcəyi ilə bağlı bir daha xəbərdarlıq edildi".
C.Osmanov qeyd edib ki, səfər zamanı insanlarla birbaşa təmasda olan Prezident İlham Əliyev müxtəlif müəssisələrin açılışlarında iştirak etməklə yanaşı, həmin rayonların daha da inkişaf etməsi üçün əlavə olaraq bir neçə sərəncam da imzaladı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB