"Ermənistanın Türkiyəyə də ərazi iddiaları var" ÖZƏL-MÖVQE

"Ermənistanın Türkiyəyə də ərazi iddiaları var" ÖZƏL-MÖVQE

“Türkiyə hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində, həmçinin digər bütün məsələlərdə bizim yanımızda olub və dəstək verib”. Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

Politoloqun sözlərinə görə, son zamanlar Dağlıq Qarabağda yaşanan proseslər onu deməyə əsas verir ki, Ermənistanın əsas hədəfi danışıqlarda imitasiyanı, status-kvonu davam etdirməkdir: “Həmsədr ölkələr isə Ermənistana hər hansı bir təzyiq göstərməyi planlaşdırmırlar. Bu təbii ki, regionda müharibə şəraitini kifayət qədər artırır. Təəssüflər olsun ki, yüz il əvvəl olduğu kimi Türkiyə və Azərbaycana qarşı erməni kartından istifadə edilir. Hələ 1920-ci ildə imzalanmış Sevr müqaviləsində də Türkiyənin Şərq hissəsində heç zaman olmayan Ermənistan dövlətini yaratmaq istəyirdilər, hətta şərti olaraq “Vilson Ermənsitanı” adlandırırdılar”.

“Biz bilirik ki, bu gün Ermənistanın Azərbaycanla yanaşı Türkiyəyə də ərazi iddiaları var”, deyən Z.Məmmədov əlavə edib ki, çox güman, bir qədər sonra Qərb Türkiyəyə qarşı erməni kartından istifadə edəcəkdir: “Təbii ki, bütün bunlar göstərir ki, Azərbaycan və Türkiyə birgə şəkildə Ermənistana qarşı çox ciddi mübarizədə informasiya siyasətinin gücləndirməlidirlər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə