“Koronavirus problemi səhiyyə, iqtisadi, müdafiə və ordu sferalarında yaşanır” TƏLAŞ

“Koronavirus problemi səhiyyə, iqtisadi, müdafiə və ordu sferalarında yaşanır” TƏLAŞ

“Hraparak” qəzeti yazır ki, Ermənistan hakimiyyəti koronavirusla bağlı mübarizədə ümumiyyətlə nə edə bilmir. SİA-nın məlumatına görə, erməni nəşri qeyd edir ki, bunu səhiyyə nazirliyinin əməkdaşlarında biri deyib.

“Məsələ yalnız maskaların qıtlığında, qripə qarşı vaksinlərdə, ya da İrandan qayıdan vətəndaşların karantinə salınmasında deyil, onlar hətta operativ qərargah belə yaratmayıblar”, deyə məlumatda bildirilir: “Bu problem yalnız səhiyyə sahəsində deyil, eyni zamanda iqtisadi və müdafiə sferalarında, ilk növbədə isə orduda yaşanır. Aydındır ki, hərbi qulluqçuların ziyarət olunmasına qadağa qoyulub, lakin koronavirus infeksiyası hava və damcı yolu ilə yoluxur, bəs zabit personalının, onlara xidmət edənlərin müdafiəsi üçün hansı işlər görülür? Bəs virus orduya daxil olarsa nə olacaq? Bütün normal ölkələrdə operativ qərargahlar planlar işləyib-hazırlayırlar”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə