Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək

Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək
Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək. SİA-ya verilən xəbərə görə, iclasın gündəliyinə 3 məsələ daxil edilib. Deputatlar 2011-ci ilin "Turizm ili" elan olunması ilə əlaqadar ölkəyə gələn turistlərin viza sənədlərinin qeydiyyatının sadələşdirilməsi üçün "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanuna dəyişikliklə bağlı qanun layihəsini müzakirə edəcəklər.

Bununla yanaşı, "Miqrasiya orqanında qulluq keçmə haqqında" Əsasnamyə də dəyişikliklər olunacaq, "İcbari sığortalar haqqında" qanun layihəsi də ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə