“Qara qızıl”ın bareli 300 dollara qədər qalxa bilər

“Qara qızıl”ın bareli 300 dollara qədər qalxa bilər

Yaponiyada baş verən güclü zəlzələ neftin qiymətinə təsir edib. SİA-nın xəbərinə görə, Nyu-Yorkdakı "NYMEX" birjasında WTI markalı neftin qiyməti 1,47 dollar yüksələrək 110,83 dollar olub.

 

Londondakı "ICE" birjasında isə Brent markalı neft 0,37 dollar bahalaşaraq 122,67 dollara çatıb. Proqnozlara görə, Yaxın Şərqdə qeyri-stabillik və Yaponiyada neftə təlabat artıqca "qara qızıl"ın bareli 300 dollara qədər qalxa bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə