"Əli Kərimli və Cəmil Həsənli var gücləri ilə çalışırlar ki, dövlətimizin apardığı uğurlu siyasətə və əldə olunan nailiyyətlərə kölgə salsınlar". Bunu SİA-ya açıqlamasında AXCP sədri Əli Kərimlinin əmisi oğlu, "Azərbaycan fermeri" qəzetinin baş redaktoru Nuhəli Kərimov deyib.
Onun sözlərinə görə, məkrli məqsədləri üçün onlar dəridən qabıqdan çıxırlar: "Son anda isə məqsədlərinə nail olmayanda mitinq çağırışı ilə, ölkədə ictimai siyasi sabitliyi pozmaq cəhdləri həyata keçirməklə məşğul olurlar. Bütün bunlarında arxasında onlara maddi və mənəvi yardım göstərən məkrli, pozucu qüvvələrdir. Onlar siyasətdən siyasi bir biznes kimi istifadə edirlər. Dövlətimizin bu gün ki, uğurlu siyasəti, əldə etdiyi qələbələr, nailiyyətlər dünya tərəfindən qəbul edilir və alqışlanır. Bu kimi sosial iqtisadi uğurlardan insanlara yetərincə bəhrələnir. Əhalinin sosial vəziyyətinin günü gündən yaxşılaşması buna misal ola bilər. Azərbaycanın inkişafından xaricidə olan bəzi qüvvələr tərəfindən qısqanclıqla qarşılanır. Həmin xarici qüvvələrdə Ə.Kərimli kimilərdən istifadə etməklə, ölkəmin uğurlarına kölgə salmağa ümid edirlər. Ancaq onların və Ə.Kərimlinin bəd niyyətləri heç zaman baş tutmayacaq. Çünki, xalq Ə.Kərimlini qətiyyətlə rədd edir. Bu baxımdandır ki, hazırda Ə.Kərimli rəzil günə qalıb. Onu nəinki, cəmiyyət, heç rəhbərlik etdiyi AXCP - də belə qəbul etmirlər. Ona görə də, əminliklə demək olar ki, yaxın vaxtlarda Ə.Kərimli tarixin zibilliyinə atılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB