Monqololustan prezidenti karantindədir ÇİN SƏFƏRİNDƏN SONRA

Monqololustan prezidenti karantindədir ÇİN SƏFƏRİNDƏN SONRA

Monqolustan prezidenti Xaltmaagiyn Battulqi administrasiyasının mətbuat xidməti ölkə başçısının Çin səfərindən sonra karantinə yerləşdirilməsi faktını təsdiqləyib. SİA RİA Novosti-yə istinadən xəbər verir ki, Monqolustanın prezidenti fevralın 27-də Çində rəsmi səfərdə olub və ÇXR-in rəhbəri Si Tsinpinlə, eləcə də Çinin dövlət şurasının başçısı Li Ketsyanla görüşlər keçirib.
Qeyd edək ki, daha öncə KİV-lərdə monqol prezidentin koronovirusun yayılması fonunda Çinə 1 günlük səfərindən sonra 14 günlük izolə olunması barədə məlumatlar verilmişdi.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə