“Azərbaycanlı bloqer” Ermənistanı bir-birinə qatıb DÜŞMƏN ÖLKƏDƏ QALMAQAL

Bu dəfə Ermənistanı “azərbaycanlı bloqer” məsələsi silkələyib. Belə ki, paytaxt İrəvandan çəkilişlərin əks olunduğu videoçarxda göstərilir ki, bir nəfər özünü “azərbaycanlı bloqer” kimi təqdim edərək, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) fəaliyyətsizliyinə ironik yanaşma göstərib. Məhz bundan sonra ölkənin güc stukturları təlaşa düşüblər. SİA “News.am”a istinadən xəbər verir ki, artıq Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryan intenetdə yayılan videomaterialla bağlı açıqlama ilə çıxış edib və bildirib ki, MTX bu məsələ ilə bağlı məşğuldur. “Hazırkı halda yalnız bunu deyə bilərəm”, Qriqoryan bildirib.

“Kadrda həqiqətənmi azərbaycanlıdır?” sualına cabav verən Qriqoryan bildirib ki, sualın bu hissəsi ilə bağlı yalnız MXT cavab verə bilər, əlbəttə ki, ictimailəşdirmək barədə qərar verilərsə.

Bütün xəbərlər Facebook səhifəmizdə