Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə milli müdafiə naziri Vecdi Gönülün dəvəti ilə aprelin 7-də Ankaraya rəsmi səfərə yola düşüb.
Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı ikitərəfli hərbi əməkdaşlıq və regionda təhlükəsizlik məsələləri müzakirə ediləcək.
Müdafiə naziri S.Əbiyevin Türkiyənin yüksək dövlət səviyyəli şəxsləri ilə görüşləri də gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB