Ərdoğan İdlibdə "vəziyyətin müsbət inkişafı" barədə danışdı

Ərdoğan Türkiyə üçün İdlibdəki "vəziyyətin müsbət inkişafı" barədə danışıb. SİA xəbər verir ki, bu barədə Türkiyə prezidenti "NTV" televiziya kanalı tərəfindən yayımlanan Ankaradakı çıxışı zamanı qeyd edib.

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, bölgədəki vəziyyətin "Türkiyə üçün müsbət bir şəkildə" inkişaf etdiyini qeyd edərkən Suriyanın İdlib əyalətində üç Türk hərbçisinin öldüyünü də açıqlayıb.

"İdlibdəki vəziyyət Türkiyə üçün müsbət bir şəkildə inkişaf edir... Rusiya ilə danışıqları davam etdirəcəyik, ancaq Adan razılaşması əsasında İdlibdə olduğumuzu bildiririk" deyə Tükiyə Prezidenti bildirib.

Xatırladaq ki, bundan əvvəl Türkiyə prezidenti Ankaranın Suriyada “daha qətiyyətli hərəkət” etmək niyyətini açıqlamışdı. Onun sözlərinə görə, Türkiyə "qlobal güclərin ssenarilərinə tabe olmaq" niyyətində deyil. O, Suriyanın İdlib şəhərində baş verənləri də müharibə adlandırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...