Politoloq: "Dağlıq Qarabağ ərazisi beynəlxalq nəzarət altında olmadığından ora narkobiznes mərkəzlərindən birinə çevrilib"

Politoloq: "Dağlıq Qarabağ ərazisi beynəlxalq nəzarət altında olmadığından ora narkobiznes mərkəzlərindən birinə çevrilib"
"Qonşu ölkə olan İranın Ermənistan mövqeyindən çıxışı qətiyyən qəbuledilməzdir". Bu sözləri politoloq Qabil Hüseynli SİA-ya verdiyi açıqlamasında deyib. O bildirib ki, İranın özündə də elə din xadimləri var ki, sözün həqiqi mənsasında islam dövlətlərinə lazımı kömək göstərilməsini və islama qarşı xristian dövləti tərəfindən təcavüzün pislənməsini tələb edirlər. Onun sözlərinə görə, hətta bu yaxınlarda İranın görkəmli din xadimlərindən biri İran dövlətinin Ermənistanla əməkdaşlıq etməsini haram buyurub və İranı bu işdən çəkinməyə çağırıb.
"Amma çox təəssüflər olsun k, İran dini dövlət olsa da o islam ailələrinin bu istiqamətdə, yəni xristian dövləti ilə əməkdaşlığın haramlığı ilə bağlı verdiyi fətvanı nəzərə almır. Sırf strateji maraqları nöqteyi-nəzərindən İran Ermənistanla əməkdaşlığını genişləndirməkdə davam edir. Əgər əvvəl onlar arasında sadəcə bir körpü mövcud idisə, indi İran Ermənistan arasında qaz, neft kəməri, dəmir beton körpü çəkilir",- deyə Q. Hüseynli qeyd edib.
O, sözügedən ölkələr arasında genişlənən əlaqələrin Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqlarına mənfi təsir etdiyini də dilə gətirib. Politoloqun sözlərinə görə, iki ölkə arasında əlaqələrin genişlənməsi nəticəsində müntəzəm olaraq İrandan Ermənistana və düşmən ölkə tərəfindən işğal olunan Azərbaycan torpaqları Dağlıq Qarabağa yük maşınları, ticari məhsullar gətirilir, geriyə qayıdanda isə Dağlıq Qarabağda qaçqın və məcburi köçkünlərin evlərinin sökülüb aparılmasının şahidi oluruq: "Ən başlıcası odur ki, İran maşınları Ermənistana təkcə yeyinti, sənaye məhsulları daşımır, onlar həm də narkotik maddələr də daşıyırlar. Bu gün Dağlıq Qarabağ ərazisi beynəlxalq nəzarət altında olmadığından ora narkobiznes mərkəzlərindən birinə çevrilib. Avropaya, Rusiyaya gedən narkotika marşrutunun təhlükəsiz yollarından biri Dağlıq Qarabağ və Ermənistan ərazisindən keçir".

Bütün xəbərlər Facebook səhifəmizdə