Türkiyə Milli Məclisinin Xarici İşlər Komissiyasının Xocalı Soyqırımı ilə əlaqədar - BƏYANATI

Türkiyə Milli Məclisinin Xarici İşlər Komissiyasının Xocalı Soyqırımı ilə əlaqədar - BƏYANATI

Türkiyə Milli Məclisinin Xarici İşlər Komissiyası Xocalı Soyqırımının 28-ci il dönümü ilə əlaqədar bəyanat yayıb. SİA-nın məlumatına görə, bəyanatda deyilir.

Ermənistan Respublikası hərbi birlikləri tərəfindən, 1992-ci il 25-dən 26 fevrala keçən gecədə Yuxarı Qarabağın Hocalı şəhərinə edilən hücumda; 613 günahsız azərbaycanlı, 106 qadın, 63 uşaq və 70-i qoca olmaqla vəhşicəsinə qətlə yetirilib. 76 uşaq, 487 yaralı, 1275 nəfər erməni qüvvələri tərəfindən əsir götürülüb. O vaxtdan bəri itkin düşən 150 nəfərin taleyi bilinmir.

Türkiyə olaraq, azərbaycanlı qardaşlarımızın bundan tam 28 il əvvəl Xocalıda üzləşdikləri vəhşilik və qırğını həmişə qəlbimizin ən dərinində hiss edir, bu ağrını ən səmimi hisslərimizlə bölüşürük. Ermənistan qoşunları tərəfindən həyata keçirilən bu qırğını və Azərbaycan ərazisi tərəfindən illərlə davam edən işğalını qəti şəkildə pisləyirik.

Bəşər tarixinin qara səhifələrindən olan Xocalı qətliamı nəcticə etibarı ilə bu gün bölgənin sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik üçün problem olması xüsusiyyətini qoruyur. Bu amansız, qeyri-insani təcavüz mülki əhaliyə yönəldilmiş və davam edən işğal nəticəsində təxminən 1 milyon azərbaycanlı qardaş və bacılarımız öz yurdlarını
tərk etmək məcburiyyətində qalmış və 28 ildir ki, qaçqın həyatı yaşamağa məcbur qalıblar. Hadisə şahidləri və zərərçəkənlər hələ də sağdır. Bu səbəbdən, Xocalıda baş verənlər tarixi bir hadisə deyil, bu günün acı reallığıdır.

İnsanlıq adına qanlı bir ləkə olan bu cür aqressiv hərəkətlərin təkrarlamaması üçün beynəlxalq ictimaiyyət, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatının müvafiq qərarları çərçivəsində bu qırğına bir daha layiq olduğu əhəmiyyəti verməli və lazımi reaksiya göstərməlisinin vacibliyini vurğulayırıq. Bu haqlı davalarında azərbaycanlı qardaşlarımızla həmrəy olduğumuzu bildirmək istəyirik. Bu münasibətlə bu faciənin səbəbkarlarının beynəlxalq məhkəmədə mühakiməyə çıxarılması və Azərbaycanın işğal etdiyi ərazilərindən ən qısa müddətdə çıxmaq çağırışımızı təkrarlayırıq.

Xocalı qətliamında həyatını itirən azərbaycanlı qardaşlarımızı rəhmətlə anır, onların kədərli ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı veririk.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə