Yunanıstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Yunanıstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın Azərbaycana rəsmi səfəri aprelin 6-da başa çatıb.

SİA-nın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyası hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə