Hindistanda etiraz ölənlər var

Hindistanda etirazçılarla asayiş keşikçiləri arasında baş verən toqquşma nəticəsində ən azı 4 nəfər ölüb. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, ölənlərdən 3 nəfəri nümayişçi və biri isə polis əməkdaşı olub. Etirazlara səbəb isə vətəndaşlıq qanunu ilə bağlı olub.

İğtişaşlar ABŞ prezidenti Donald Trampın dövləti ziyarət etməsi ilə daha da güclənib. Nümayişçilər təhlükəsizlik qüvvələrinə daş atıb, avtomobilləri atəşə tutublar.

Xatırladaq ki, etirazçılar yeni qəbul olunan qanunun müsəlmanlara qarşı yönəldildiyini bildirirlər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...