Avropa İttifaqı ilə Azərbaycan arasında viza rejiminin mövcud durumuna həsr olunmuş mətbuat konfransı keçirilib
Bu gün Avrointeqrasiya Milli İctimai Komitəsi tərəfindən Avropa İttifaqı ölkələri və Azərbaycan arasında viza rejiminin mövcud durumuna həsr olunmuş mətbuat konfransı keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə "Ehtiyyatda və İstefada olan Zabitlər" İB-nin sədri Yaşar Cəfərli, Azərbaycanda Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev və kütləvi informasiya vasitələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan "Ehtiyyatda və İstefada olan Zabitlər" İB-nin sədri Yaşar Cəfərli bildirib ki, bu hesabatın əsas məqsədi Aİ və Azərbaycan arasında insanların hərəkətlərinin tənzimləyən viza rejiminin mövcud vəziyyətini əks etdirməkdən ibarətdir. Sədrin sözlərinə görə, Aİ və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi üçün sərhədlərin təhlükəzliyi və idarə olunmasının təkmilləşdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsinin və readmissiya sazişlərinin imzalanması əsas şərtləri kimi nəzərdə tututlub.
Tədbirdə çıxış edən Azərbaycanda Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev söyləyib ki, Azərbaycan Respublikası, eyni zamanda, readmissiya sazişlərinin imzalanması üçün danışıqlara yenidən start verilməlidir. Onun fikrincə, readmissiya sazişi - hər hansı bir dövlətin ərazisində qeyri-qanuni vəziyyətdə olan əcnəbinin öz mənşə ölkəsinə və ya tranzit ölkə kimi istifadə etdiyi ölkəyə qaytarılması proseduralarını müəyyənləşdirən razılaşdırmanının imzalanmasıdır. "AB-nin üzv ölkələrlə Azərbaycan arasında aparılan uzunmüddətli danışıqlar hələ ki, öz nəticəsini verməyib. Azərbaycan AB ölkələri ilə bu sazişlərə imza atacağı halda AB ölkələrində qanunsuz yaşayan AR vətəndaşı olan miqrantları, habelə, Azərbaycandan tranzit ölkə kimi istifadə etməklə həmin ölkələrə gedərək, əcnəbi vətəndaşlığı olmayan şəxsləri qəbul etməlidir. AB-nin üzv olan ölkələrlə Azərbaycan arasında vija rejiminin sadələşdirilməsi istiqamətində görülən tədbirlər Ukrayna, Gürcüstan və Rusiya Fedarasiyası ilə müqayisədə çox aşağı səviyyədə həyata keçirilir.
Qeyd edək ki, layihə çərçivəsində nəzərdə tutulan növbəti addımlar barədə tədbir iştirakçılarını məlumatlandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB