BMT-nin baş katibindən İdliblə bağlı ÇAĞIRIŞ

BMT-nin baş katibi Antonio Quterreş İdlibdəki hərbi toqquşmalara son qoymağa çağırış edib. SİA-nın xəbərinə görə, bu barədə BMT-nin Baş katibi öz "Twitter" hesabında yazıb.

O bildirib ki, humanitar fəlakət və "nəzarətsiz eskalasiyanın" qarşısını almaq üçün atəş dayandırılmalıdır.

Antonio Quterreş əminliklə söyləyib ki, Suriya böhranı dünya əhalisinə dəhşətli ziyan vurur: ""Yüzlərlə insan öldürülüb. Balasa uşaqlar soyuqdan həlak olur. Suriya xalqının əziyyət çəkdiyi bu humanitar kabusa son qoyulmalıdır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...