Radikal müxalifət partiyalarında kütləvi istefalar başlandı - SON XƏBƏR
Aprelin 2-də radikal müxalifət partiyalarının Bakı şəhərində sabitliyi pozmaq, qarşıdurma yaratmaq, ictimai həyatı iflic vəziyyətə salmaq cəhdləri təkcə ölkə əhalisinin deyil, eləcə də həmin partiyaların üzvlərinin kəskin etirazına səbəb olub.
"SİA-nın Bakıda və bölgələrdə apardığı araşdırma nıticəsində müəyyən edilib ki, Müsavat, AXCP, AMİP, KXCP, Ümid, ADP və Xalq partiyasının ümumilikdə 391 nəfər üzvü bəyanat yayaraq təmsil olunduqları partiyaların sıralarını tərk ediblər. Bu partiyaların Goranboy, Ağsu, Ağcabədi, Cəbrayıl, Hacıqabul, Laçın, Saatlı, Sabirabad, Şirvan, Tərtər, Suraxanı rayon təşkilatlarında istefa halları daha kütləvi xarakter daşıyıb.
Müxalifət partiyalarının üzvləri keçmiş "liderlərinin" onların adından sui-istifadə edərək ölkədə xaos, anarxiya yaratmaq, böyük səylər, zəhmət, vətəndaşlarımızın həyatı bahasına əldə olunmuş müstəqilliyə xələl gətirmək cəhdlərini pisləyərək bundan sonra fəaliyyətlərini bu partiyaların sıralarında davam etdirə bilməyəcəklərini bəyan ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə