Tovuzda hərbi hissədə əsgər güllələnib

Tovuzda hərbi hissədə əsgər güllələnib

Müdafiə Nazirliyinin Tovuz rayon ərazisində yerləşən "N" saylı hərbi hissəsində əsgər güllə yarası alıb. 1991-ci il təvəllüdlü, Yevlax rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış Əliyev Ramil Boris oğlu silahla ehtiyatsızlıqla davranarkən güllə əsgər yoldaşı, 1991-ci il təvəllüdlü, Salyan Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış Əliyev Asif Samir oğluna dəyib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, Asif Əliyev aldığı güllə yarasından dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə