“Rusiya Liviyaya qoşun göndərməyib. Prezident Vladimir Putin bununla bağlı heç bir əmr verməyib”. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitriy Peskov deyib.

Orenburq bölgəsində dəfn olunan zabitin Liviyada ölməsi ehtimalına gəlincə Peskov bu barədə heç nə bilmədiyini söyləyib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamalarının birində ərazidə rus hərbçilərinin olması ilə bağlı onda informasiyaların olduğunu bildirmişdi.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə