Marqarit Yesayan: "Mücadiləmiz puç oldu" ETİRAF

"Nə qədər düşünməmək, Münhendəki erməni məğlubiyyətini xatırlamamaq istəyiriksə alınmır və bir növ düşünməyə də, xəcalət çəkməyə də, hətta əzab çəkməyə də məhkumluq var". SİA Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu keçmiş millət vəkili Marqarit Yesayan özünün Facebook səhifəsində yazır.

Özünün Facebook səhifəsində paylaşımında keçmiş millət vəkili ermənilərin bu vaxta kimi olan “mücadiləsinin” puç olduğunu yazır. Marqarit Yesayan öz səhifəsində yazır ki, 30 ilə yaxın müddətdə çəkdikləri əzabları böşuna hesab edir. Döyüşlər zamanı itgilərin verilməsi, hərbçilərin həyatını itirməsi, ermənilərin bu itgilərə görə acı çəkməsinə görə təəssüf hissi keçirən Yesayan Paşinyanın Münhendəki məğlubiyyətinin fonunda bu vaxta qədərki mübarizələrinin puça çıxdığına görə əzab çəkdiyini gizlətmir.

“Millətin milli müqaviməti, nikbinliyi, mübarizəsi boşa çıxdı? İnsanlarımızın 30 ilini, hamımızın milli müqavimətimizi, ümummilli qürurumuzu, yaşamaq səylərimizi düşünərək bir növ alçaq, halsız bir hiss edirəm özümü və düşünürəm ki, bunlar boşa getdilər? İndi oturun və baxın ki, biz düşmənimizin ayaqları altındaydıq, gülünc gündəyik bu acınacaqlı məğlubiyyətə görə”, deyə keçmiş millət vəkili Marqarit Yesayan öz səhifəsində yazıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...