Bakı Beynəlxalq Moda Festivalı öz işinə başlayıb

Bakı Beynəlxalq Moda Festivalı öz işinə başlayıb
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, www.fashion.az saytının və moda agentliyinin iştirakı ilə paytaxtda Gənc xanım modelyerlərin Bakı Beynəlxalq Moda Festivalına start verilib. SİA-nın məlumatına görə, aprelin 7-ə kimi davam edəcək festivala Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan və Ukraynadan ümumilikdə 12 gənc xanım modelyer qatılıb.
Xatırladaq ki, festivalın şərtlərinə əsasən hər bir modelyer 10 geyimdən çox olmayan kolleksiya ilə çıxış etməlidir.
Qeyd edək ki, həmin geyimlərdən biri milli üslubda olmalı və ya milli geyim elementlərini özündə əks etdirməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə