Milli Məclisin növbəti iclası aprelin 8-də keçiriləcək. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iclasın gündəliyinə 3 məsələ daxil edilib. İclasda 2011-ci ilin "Turizm ili" elan olunması ilə əlaqadar ölkəyə gələn turistlərin viza sənədlərinin qeydiyyatının sadələşdirilməsi üçün "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanuna dəyişikliklə bağlı qanun layihəsini müzakirə ediləcək, "Miqrasiya orqanında qulluq keçmə haqqında" Əsasnaməyə də dəyişikliklər olunacaq,"İcbari sığortalar haqqında" qanun layihəsi isə ikinci oxunuşda müzakirəyə çıxarılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB