Anna Hovner: "Nikol Paşinyan, sən sıfırsan"

Məşhur erməni müğənnisi Anna Hovner Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə Ermənistan baş naziri Nikol Paşinyanın davranışını tənqid edib. SİA-nın “Vestnik Kavkaza” istinadən verdiyi xəbərə görə, müğənni deyib: “Mən utandığımdan yerin altına girməyə hazıram. Çünki, hansısa aşağılanmış şəxsə görə başımı aşağı salmalıyam”.

"Nikol Paşinyan, əgər ailə üzvlərin çıxışının parlaq bir performans olduğunu söyləsələr onlara inanma. Özünü reallıqdan uzaqlaşdırma və bil: Sən sıfırsan və heçsən”, - deyə müğənni dilə gətirib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə