Yunanıstan Prezidenti Karolos Papulyas Azərbaycana rəsmi səfərə gəlib

Yunanıstan Prezidenti Karolos Papulyas Azərbaycana rəsmi səfərə gəlib
Bu gün Yunanıstan Prezidenti Karolos Papulyas Azərbaycana rəsmi səfərə gəlib. SİA-nın verdiyi məlumata görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Milli geyimli uşaqlar Yunanıstan Prezidentinə gül dəstəsi təqdim ediblər. Hava limanının ali qonaqlar üçün salonunda Prezident Karolos Papulyas və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə