"Prezident bütün müstəvilərdə erməni tezislərini dağıda bildi" MÖVQE

"Dünyaya yalanı utanmadan üfürən bir millətin və dövlətin təmsilçisinin davranışları qarşısında soyuqqanlılığı qorumaq çox ağırdır. Bu gərgin psixoloji duruma rəğmən erməni həyasızlıığına qarşı həqiqətləri dünyaya hayqırmaq missiyasını Azərbaycan Prezidenti cənab İlham Əliyev yüksək səviyyədə yerinə yetirdi". SİA xəbər verir ki, bunu Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa deyib.

O, deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev istər tarixi aspektdə, istər də beynəlxalq hüququn tələbləri müstəvisində erməni tezislərini dağıda bildi: "Ən əlverişsiz situasiya isə keçmiş prezident Ayaz Mütəllibova istinad edilən Xocalı soyqırımının "guya azərbaycanlılar tərəfindən törədilməsi" barədə Paşinyan fikir səsləndirdikdə yarandı. Buna da prezidentimiz çevik və dəqiq cavab verə bildi. Bildirdi ki, "Arqumentı i faktı" qəzetində çox sayda ermənilərin çalışması bir faktdır və bu ifadəni də onlar qəsdən tirajlayıblar. Mütəllibovun belə bir ifadə işlətmədiyini vurğuladı. Xankəndinin Stepanakert adlandırılmasının da bu şəhərin ermənilər üçün yeni olmasından qaynaqlandığını ma raqlı arqument olaraq xatırlatdı. Ən əsası da odur ki, işğal olunmuş ərazilərlə bağlı Azərbaycanın prinsipial mövqeyini təkrar-təkrar dünyaya bəyan etdi". Millət vəkili qeyd edib ki, bu cür görüşlərdə nəzərdə tutulan çərçivə hər bir gerçəyi detalları ilə çatdırmağa imkan verməsə də, ölkə prezidenti mümkün olandan daha artığını etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə