ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana Dağlıq Qarabağın Ermənistanın olmadığını izah etməlidirlər

Münhen təhlükəsizlik konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair panel-diskusiya başlayıb.

Panel-diskusiyada Prezident İlham Əliyev giriş nitqi söyləyib.

SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev “twitter” səhifəsində bildirib.

Konfrans çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair panel-diskusiyada Prezident İlham Əliyev bildirib ki, ATƏT Minsk Qrupunun həmsədrləri Ermənistana Dağlıq Qarabağın Ermənistanın olmadığını izah etməlidirlər. Azərbaycan Prezidenti qeyd edib ki, heç bir ölkə Dağlıq Qarabağı tanımır.

Bütün xəbərlər Facebook səhifəmizdə