Arif Hacılı və Məhəmməd Məcidli barəsində həbs-qətimkan tədbiri seçilib

Arif Hacılı və Məhəmməd Məcidli barəsində həbs-qətimkan tədbiri seçilib

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının barəsində həbs-qətimkan tədbiri seçilib. SİA-nın xəbərinə görə, Səbail Rayon Məhkəməsi A. Hacılının barəsində 2 ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb. Eyni zamanda Səbail Rayon Məhkəməsi Məhəmməd Məcidlinin barəsində iki ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.

 

Qeyd edək ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Hadisələrlə bağlı 4 nəfər şübhəli şəxs qismində Müsavat Partiyası sədrinin müavini Arif Hacılı, partiyanın Gənclər Təşkilatının sədri Tural Abbaslı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və AXCP üzvü Məhəmməd Məcidli məsuliyyətə cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə