"Azərbaycanda demokratiya, insan haqları qonşularından on dəfə artıqdır" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycanda demokratiya, insan haqları qonşularından on dəfə artıqdır" ÖZƏL-MÜNASİBƏT

ATƏT-in Demokratik Təsisatlar və İnsansan Hüquqları Bürosunun rəyini, ümumiyyətlə onların davranışını çox diqqətlə öyrənmək lazımdır. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, ATƏT DTİHB-nin qərəzli, saxtakar rəyinə qarşı Azərbaycanın müəyyən vərdişləri var:
“Azərbaycan ATƏT-in müəyyən mövqeyini həmişə ədalətli, obyektiv tənqid edib və bu sahədə də Azərbaycanın böyük təcrübəsi var. ATƏT DTİHB-nin Azərbaycana gələn missiyasında ən birinci məqsəd seçkilərin monitorinqini, seçkilərin müşahidəsini aparmaq deyildi. Onların bir nömrəli məqsədi Azərbaycanın bu günədək ATƏT DTİHB-nin ünvanına səsləndirdiyi tənqidləri sistemləşdirib Azərbaycanın tənqid tezisləri üzrə ölkəmizə cavab hazırlamaq idi. Biz əvvəlcədən hadisələrin bu cür gedişinə hazır olmalı idik. Nəyə görə belə etdilər? Çünki, bu vaxtadək Avropa Şurasının özünün Nazirlər Komitəsinin göndərdiyi müşahidəçilər obyektiv olurdular. İndi bunların da qabağını almaq üçün hamısını yığdılar bir yerə. Yəni biz bunları görməli idik və cavab verməli idik. Amma bütün hallarda, məhz bunların o davranışı göstərir ki, onlar əvvəlcədən Azərbaycandakı seçkilərə hazır niyyətlə, hazır məruzə ilə gəlmişdilər ki, necə olmağından asılı olmayaraq Azərbaycandakı seçkiləri qara göstərsinlər. Amma buna baxmayaraq, bizim hal-hazırda ictimaiyyətimiz, yəni biz çalışmalıyıq göstərək ki, biz iqtisadiyyatda, siyasətdə, təhlükəsizlik məsələlərində regionun lider dövlətiyik və biz demokratiya, insan hüquqları sahəsində də özümüzü regionun yiyəsi kimi aparmalıyıq. Avropa Şurasının da, ATƏT Demokratik Təsisatlar və İnsansan Hüquqları Bürosunun da qabağında qoymalıyıq ki, Qərb strukturlarının fəaliyyəti nəticəsində regionda ümumilikdə demokratiya geriləyir, insan hüquqlarının pozulması halları artır. Mən regionu tədqiq edən mərkəzin rəhbəriyəm və inanın, sizə tam səmimiyyətlə deyirəm ki, Azərbaycanda mətbuat azadlığının da, insan hüquqlarının da pozulması halları var. Yəni, bütün dövlətlərdə olduğu kimi var. Amma sizə bundan da artıq tam səmimiyyətlə deyirəm ki, bu gün Gürcüstanda mətbuat azadlığının pozulması, insan hüquqlarının pozulması faktları Azərbaycanla müqaisədə on dəfə artıqdır. Ermənistanda mətbuat orqanlarına olan hücumlar, mətbuat azadlığının pozulması sirr deyil. Nə var ki, biri hansısa bir kəlmə söz deyir, buna görə insanları yığırlar meydana ki, guya bu demokratiya göstəricisidir. Qara kostyumda gəzənləri dövlət təhlükəsizliyinə təhlükə yaratmaqda ittiham edirlər. Mətbuata hücumlar Ermənistanda demokratiyanın, mətbuat azadlığının, insan haqlarının pozulmasını təsdiqləyir. İnsan haqlarının demokratiyanın pozulması Ermənistanda bəlkə bir yüz dəfə artıqdır və bu ATƏT-in, onun kimi beynəlxalq təşkilatların qərəzli yanaşması hesabınadır. Ən azından, Azərbaycanın regionun lider dövləti olduğunu, regionda insan hüquqları və demokratiyanın vəziyyətini Avropalıların qabağında qoymağa haqqı var və bu işlə də biz məşğul olmalıyıq".

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə