Siyəzən rayon Heydər Əliyev Mərkəzinə şagirdlərin ekskursiyası və açıq dərsi təşkil olunub


Ümummilli Lider Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı buraxılış siniflərində xüsusi dərslərin keçirilməsi ilə əlaqədar olaraq Siyəzən rayon Böyük Həmyə tam orta məktəbinin 11-ci sinif şagirdlərinin Siyəzən rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası və açıq dərsi təşkil olunub. Yığıncağı giriş sözü ilə açan Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdən olaraq milyonlarla insanın qəlbində əbədi yaşayır: "Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən Ulu Öndər bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır. Müstəqil Azərbaycanın dahi şəxsiyyətləri arasında böyük tarixi missiyanı yerinə yetirmək qüdrətinə malik olan Ulu Öndərin müstəsna yeri var. Xalqı və Vətəni qarşısında misilsiz xidmətlərinə və müstəsna tarixi roluna görə Ulu Öndəri dünyamiqyaslı siyasi xadimlərlə müqayisə edirlər. Çünki o, Azərbaycan xalqının Lideri və Xilaskarı kimi şərəfli missiyanı böyük əzm və şərəflə yerinə yetirib. Bütün ömrünü Azərbaycanın tərəqqisinə sərf edən Ulu Öndər demişdir: "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır". Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan dövlətçiliyinin inkişafı və milli ideyanın yaranmasında tarixi xidmətləri vardır.
Daha sonra müzakirlər şagirdlər dəyirmi masa ətrafında davam etdirilib. Siyəzən rayon Böyük Həmyə tam orta məktəbinin müəllimi Vasif Əliyev Ümummilli Lider Heydər Əliyev irsi barəsində olan məruzəsi dinlənilib.
Sonda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə