"Medianın azad fəaliyyət göstərməsi üçün bütün şərtlər təmin edilmişdi" ÖZƏL-AÇIQLAMA

“Demokratik cəmiyyətdə bütün siyasi proseslərdə media daima öndə olan bir institut kimi çıxış edir, xəbərləşmə və ictimai rəy məhz media üzərindən formalaşır. Ona görə də 9 fevral 2020-ci ildə ölkəmizdə keçirilən parlament seçkiləri kimi mühüm bir siyasi-hüquqi hadisə də proses boyu daima milli mediamızn diqqət mərkəzində oldu. Əlbətdə iddia edə bilmərik ki, bu proses media tərəfindən ideal səviyyədə işıqlandırıldı, ancaq ümumilikdə media bir ictimai institut kimi oz funksiyalarını yerinə yetirə bildi. Demokrarik cəmiyyətdə bu olduqca mühümdür”. Bunu SİA-ya “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, hər şeydən öncə qeyd etmək lazımdır ki, medianın azad fəaliyyət göstərməsi üçün bütün şərtlər təmin edilmişdi: “Düşünürəm ki, bir qisim media orqanları onlara tanınan hüquq çərçivəsində xeyli sayda namizədlə qarşılıqlı faydalı münasibətlər qura bildilər ki, bu da təbliğat-təşviqat kampaniyası prosesində müəyyən keyfiyyət fərqi yarada bildi. Başqa bir məsələ ondan ibarət idi ki, peşəkar məsuliyyət daşıdığı üçün internet resurslarında daha çox rəsmi saytlar önə çıxmaqla sosial şəbəkələrə ciddi rəqabət apara bildi. Bunun səbəbi informasiya cəmiyyətimizin hüquqi-siyasi prosesləri adi hadisələrdən fərqləndirməyi bacarması idi. Bu cəmiyyətin hüquqi bilinclərinin xeyli dərəcədə təkmil olmasından xəbər verir. Müşahidə etdiyim və məmnun qaldığım əsas məsələlərdən biri elə bu oldu. O ki, qaldı bəzi media qurumlarının media prinsiplərinə zidd davranışlarına düşünürəm ki, belə hallar da istisna deyil. Ancaq bununla bağlı xüsusi araşdırma aparmadan daha detallı danışa bilmərəm. Yaxşı olar ki, belə məsələlər araşdırılsın ictimai müzakirə obektinə çevrilməklə tənqid edilsin. Bu yalnız mediamızın inkişafına kömək edə bilər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...