“Seçki mədəniyyəti tələb edir ki, uduzan məğlubiyyətini qəbul etsin” RƏY-ÖZƏL
"Müxalifətin təxribatlar törətmək adətidir. Çünki, xarici ağaları bələ istəyir. “Mən hələ seçkilərdən öncə mətbuatda bildirmişdim ki, seçkilərə start verildiyi andan siyasi oyunbazların seçdikləri “taktika” eynilə əvvəlki seçkilərdə istifadə etdikləri üsullara əsaslanır və hansı mərhələdə bunların hansı addımlar atacaqları da əvvəlcədən bəlli idi". Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzovda deyib.
Onun sözlərinə görə, təəssüf edirəm ki, fikirlərimdə yanılmadım və seçkinin bütün mərhələlərində verdiyim proqnozlar təsdiqini tapdı: "Təəssüflənsək də, təəccüblənmirik. Ona görə ki, heç bir strategiyayası, düşünülmüş, reallıqlara əsaslanan taktikası olmayan siyasi qüvvə (əgər bunlara siyasi qüvvə demək olarsa) özünü sığortalamaq, gündəmdə qalmaq, var olduğunu gözlərə kül üfürməklə göstərməyə çalışmaq məcburiyyətindədir. Əks təqdirdə xaricdəki anti-Azərbaycan qüvvələrlə bazarlıqları baş tutmaz. Belə də onların başqa çıxış yolları yoxdursa, nə etməlidirlər? Seçki milyonlarla insanın iştirak etdiyi kütləvi tədbirdir. On minlərlə insanın komissiyalarda təmsil olunduğu və milyonlarla insanın iştrak etdiyi tədbirdə hansısa qüsurun olmamasını gözləmək, sadəcə, mümkün deyil. Ancaq beş-altı seçki məntəqəsində beş-on nəfər tərəfindən bilərəkdən, ya bilməyərəkdən yol verdiyi qüsuru ümumən seçkilərin yarıtmaz təşkili, şəffaflıq və demokratiyanın olmaması kimi səciyyələndirənlər, birmənalı olaraq yanılırlar və kimlərinsə maraqlarına xidmət edirlər. Xüsusilə, ölkə başçısı hər bir qüsurun ciddi araşdırılması və təqsirkarların mütləq şəkildə cəzalandırılması ilə bağlı verdiyi tapşırıqlar ərəfəsində belə çıxışlar etmək, insanları kütləvi aksiyalara çağırmaq yolverilməzdir. Diqqət edirsinizsə, bir dairədən iki, bəzən üç nəfər eks-namizəd hay-küy salır ki, məhz o seçilib və sənədləri saxtalaşdırıblar. Bu necə ola bilər axı? Mən şəxsən seçkilərdə qüsurlara yol verən dairə və məntəqə seçki komissiyalarının obyektiv araşdırılması, təqsirkarların, ən azı seçki prosesindən həmişəlik uzaqlaşdırılması tərəfdarıyam. Prezident İlham Əliyevin də vurğuladığı kimi, əgər belə cəzalar verilməzsə, bu gələcəkdə də davam edə bilər ki, o da dövlət və dövlətçilik baxımından bizə yaxşı nəsə vəd etmir. Əminəm ki, biz bunun şahidi olacağıq. Sonda bəzi seçkilərdə uduzan namizədlərə bir tövsiyəm var. Mübarizə aparan tərəflərdən yalnız biri qalib olur. Seçki mədəniyyəti tələb edir ki, uduzan məğlubiyyətini qəbul etsin, gələcək seçkilərdə qalib olmaq üçün yeni yollar arasın. Bir sözlə, uduzmaq mədəniyyəti də insanlığın əsas amillərindəndir və bunun varlığını unutmasınlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB