Yaponiya sahillərində güclü zəlzələ olub

Yaponiya sahillərində güclü zəlzələ olub

Yaponiyanın Hokkaydo adasından 99 km məsafədə 7 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Bakı vaxtilə saat 14:33-də qeydə alınan yeraltı təkanın episentri 163 km dərinlikdə olub. Ölən və yaralılar barədə məlumat verilmir. Rəsmilər sunami təhlükəsinin olmadığını açıqlayıblar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə