“Bu açıq-aşkar cığallıqdır” RƏY-ÖZƏL

“Bu açıq-aşkar cığallıqdır” RƏY-ÖZƏL

"Cəmiyyətdə ictimai, siyasi nüfuzu olmayan, tanınmayan insanlar birdən birə iddia edilər ki, “ən seçkini qazanmışam”. Bu cür fikirlər həqiqətən də, gülüş doğurur". Bunu SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, bir necə məntəqədə problemlər ola bilər, bunu da MSK araşdıra bilər: "Amma əsasən cəmiyyət müəyyən dərəcədə tanınmış şəxslərə səs verdi. Çünki bir ayın içində bu prosesə qoşulmaq o demək deyil ki, səs alasan, ona görə də, demokratik, normal seçkilər əksər dairələrdə keçirilib. Ola bilsin bir necə dairədə mübahisəli vəziyyət var, bunu da MSK araşdırır və buna görə MSK-nın qarşısına çıxıb, təzyiq etməyin nə mənası var. MSK-nın katibi çıxıb deyir ki, narazı qaldığınız məsələlərlə bağlı bütün sənədləri təqdim edin, onlar isə susmağa üstünlük veriblər. Bu açıq-aşkar cığallıq formasında, diqqət cəlb etmək və yaxutda seçkilərə kölgə salmaq üçün düşünülən addımdır. Məncə buna soyuqqanlı yanaşıb, həqiqətən də şikayət olan məsələləri araşdırıb və buna prinsipial qiymət vermək lazımdır. Amma qalan məsələlərdə isə normal seçkilərin keçirildiyi hamı tərəfindən qəbul olunur və bunu beynəlxalq müşahidəçilərdə təsdiqlədilər. Ona görə də, burda hər hansı bir problem ola bilməz".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə