“Fikiusima-1” Atom Elektrik Stansiyasında radiasiya sızması bir neçə ay davam edə bilər

“Fikiusima-1” Atom Elektrik Stansiyasında radiasiya sızması bir neçə ay davam edə bilər
"Fikiusima-1" Atom Elektrik Stansiyasında baş verən hadisəyə görə Yaponiya 2020-ci ilədək 1990-cı ildə ki səviyyəyə nisbətən istixana qazları tullantılarının 25 faiz azaldılması istiqamətində planlarına yenidən baxa bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Tokionun Nazirlər Kabinetinin baş katibi Yukio Edano bu gün keçirilən mətbuat konfransında məlumat verib.
"Baş verən hadisə Yaponiyanın bütün sahələrinə öz təsirini göstərəcək"- deyə baş katib qlobal istiləşməyə qarşı mübarizə planlarına yenidən baxılmasının mümkünlüyü ilə bağlı verilən suala cavab olaraq – "Biz heç bir variantı istisna etmirik"- deyə vurğulayıb.
Eyni zamanda baş katib qeyd edib ki, istixana qazlarının azaldılması ilə bağlı qərar "Fikusima-1"AES ətrafında baş verənlərin nə dərəcədə tez həll edilməsindən asılı olacaq. Sonda Edano etiraf edib ki, " Fikiusima-1" Atom Elektrik Stansiyasında radiasiya sızması bir neçə ay davam edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə