Rusiyanın Xəzər dənizi sahillərində çirklənmə normadan 14 min dəfə artıqdır
Rusiyanın Xəzər dənizi sahillərində dəniz suyunun neft məhsulları ilə çirklənməsi baş verib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Dağıstan Respublikasının inzibati mərkəzi Maxaçqala şəhəri yaxınlığında dəniz suyuna, təxminən 4,5 ton neft məhsulunun axıdıldığı aşkarlanıb. Respublikanın "Laborator analiz və texniki ölçmə mərkəzi" tərəfindən qeyd olunan ərazidə dəniz suyundan sınaq və analiz üçün götürülmüş suda həll olmuş neft məhsullarının miqdarı 991,15 mq/l təşkil edib, bunun da normadan təxminən 14 min dəfə artıq olduğu bildirilir.
Mövcud vəziyyətlə əlaqədar müvafiq tədbirlərin görülməsi davam edir. Çirklənmənin mənbəyi haqqında isə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB