“Əl-Cəzirə”: “Liviya üsyançılarına təlimi ABŞ və Misir hərbçiləri keçir"
Liviya üsyançılarının nümayəndəsi "Əl-Cəzirə" telekanalının müxbirinə açıqlamasında bildirib ki, ABŞ və Misirdə olan hərbi ekspertlər onların təlimi ilə bilavasitə məşğul olurlar. SİA-nın məlumatına görə, adının açıqlanmasını istəməyən üsyançılardan biri deyib ki, Qəddafinin əlehdarlarından ibarət bir qrup Liviyanın şərqində olan hansısa "gizli obyekt"də hazırlıq keçib. O bildirib ki, hətta "Katyuşa"dan atmağı da öyrənib. Məşq üçün əlbəttə, ona təlim gülləsi verilib.
O bildirib ki, ötən cümə günü Misirdən növbəti mərmi dəsti alıblar. Amma həmin silahların məxsusi olaraq Misir hökumətindən aldığını deməyib, qeyd edib ki, silahlar Misir sərhədindən keçirilərək onlara çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB