Yaxud, Rusiya geri çəkilirərsə və hərbi bazlalarını itirərsə nə baş verəcək?
Suriyanın İdlib şəhərində Rusiya və Türkiyə tərəfləri faktiki olaraq bir-birlərini hərbi zərbələrlə əvəzləməklə yanaşı, həm də sərt siyasi bəyanatlar da səsləndiriblər. Nəticədə həm türk, həm də rus əsgərləri həlak olublar, o cümlədən, türkiyəli hərbçilərin özünümüdafiə məqsədli açqıdları atəşlər nəticəsində onlarla Suriya hökumət əsgərləri öldürülüb.
Artıq tərəflər bir-birlərini deslakasiya ərazisində əldə edilmiş razılaşmanı pozmaqda ittiham edirlər. Belə ki, Türkiyə tələb edir ki, Rusiya Suriya hərbi qüvvələrinin irəliləməsinin qarşısını alsınlar. Çünki həmin irəliləmə nəticəsində Suriyanın hökumət qüvvələrinin əlinə bir neçə türk müdafiə məntəqələri ələ keçib. Məhz bu olaya görə, Türkiyə Rusiyaya fevral ayının sonuna qədər vaxt verib. Həmin vaxt başa çatdıqdan sonra Rusiya Türkiyənin tələblərini icra etməsə, türkiyəli hərbçilər hücum əməliyyatlarına başlamalı olacaqlar.
Rusiyanın türklərə müqavimət göstərməyə lazım olan resursları yoxdur
Beləliklə, Rusiya necə deyərlər, iki daş arasında qalıb. Bir tərəfdən Kreml Rusiya həbrçilərinin hücumlarına icazə verməsə, bu zaman rus hərbi maşının nüfuzuna ciddi zərbə vurulacaq. Digər tərəfdən, Rusiyanın türklərə müqavimət göstərməyə də lazım olan resursları yoxdur.
O da əbəs deyil ki, artıq rus generalları və hərbi-siyasi ekspertləri etiraf edirlər ki, Türkiyə ordusu Suriyada birmənalı və yeganə gücə çevrilib. Türklərin silah sayı, həmçinin Suriyada yaşayan türklərə coğrafi baxımdan da yaxın olması onun üstünlüyünü ehtiva etməkdədir.
Rəsmi Moskva öz növbəsində Suriyada Bəşər Əsəd problemi ilə toqquşur və bu məsələdə geriyə çəkilmək barədə düşünmək rusların nüfuzlarına xələl vurmaqla yanaşı, həm də hazırkı dövrə qədər qazandıqlarını itirmək təhlükəsini də ortaya çıxaracaq. Çünki bu müddət ərzində Əsədin mövqeləri kifayət qədər möhkəmlənib, ona sadiq olan hərbi qüvvələr yenidən silahlanıb və daha da peşəkarlaşıb. Əslində belə də deyə bilərik ki, Əsədin ordusu öz uğurları ilə Türkiyə, Rusiya və İran arasında manevr edir.
Rus generalları nədən narazıdır?
Bundan əlavə, hökumət qüvvələrinin tərkibində iranmeylli hərbçilər də var ki, onlar Rusiyanın hərəkətlərindən heç də razı deyillər. Bir çox ekspertlər isə deyirlər ki, İdlibdəki atəşkəsin pozulması məhz bu amilə görə baş verib. Kreml öz növbəsində şəxsi hərbçiləri tərəfindən də təzyiqlərə məruz qalır. Buna səbəb isə, Rusiyanın Türkiyə və İsrail siyasi rəhbərliyi ilə sıx əlaqələr yaratması faktıdır.
Rusiyanı hazırda Suriyada narahat edən məsələ onun iki hərbi bazasıdır. Belə ki, həmin bazlaların əldə saxlanılması rusları həqiqətən də ciddi şəkildə narahat edir. Belə olan halda, Rusiya Türkiyə ilə yanaşı Suriya girdabında qalmaqdadır. Çünki eyni zamanda görünən budur ki, hər iki ölkənin ənənəvi təmas sxemləri pozulub.
Rusiya Əsəddən imtina edəcək
Türkiyənin Suriyadakı hərbi-siyasi üstünlüyünü də nəzərə alarsaq, hətta belə düşünmək olar ki, Rusiya qısa zamanda Bəşər Əsəddən son anda imtina etməli olacaq. Daha dəqiq desək, Suriyadakı hərbi bazalarını itirəcək. Həmin bazalara isə güclü türk ordusunun yiyələnməsi reallığı isə an məsələsinə çevrilə bilər.
Belə olan halda, Rusiyanın gizli şəkildə Türkiyəyə müqavimət göstərməsi üçün bir çıxış yolu qalır – Ermənistandakı başıbəlalı Gümrü bazası. Hansı ki, Ermənistanın mövcud hakimiyyətinin anti-Rusiya xarakterli olduğunu da nəzərə alarsaq, həmin bazanın da itirlmə təhlükəsi alovlana bilər.
Lakin rusların Gümrünü tərk etmək məcburiyyətləri yaranarsa, bu zaman Ermənistan çıxılmaz vəziyyətə düşə bilər. Çünki bu dəfə Türkiyə reallığı ortaya çıxır. Görünür, ermənilər qısa zamanda uzun illər müttəfiqlik etdikləri Rusiyanın taleyini aşamalı olacaqlar. Ancaq hər şeyə rəğmən, bütün hallarda Türkiyə qalib çıxır və əgər Türkiyə qalib çıxırsa, bu zaman həmin qalibiyyətdən Türkiyə ilə yanaşı, Azərbaycan da öz payını qazana bilər – itirilmiş toraqlarını geri almaq və qardaş ölkə ilə regionda eyni hərbi-siyasi strategiya üzərində siyasət aparmaq. Belə ki, Azərbacan-Türkiyə birgə iqtisadi və strateji əməkdaşlığı artıq regionda və dünyada öz sözünü deməkdədir, yəqin ki, həmin söz hərbi-siyasi strategiyasında da deyilməli olacaq.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB