“Azərbaycan xalqı və demokratiya qalibdir” – Predrona Sekuriç - VİDEO
Hilton otelinin “Firuzə” zalında Monteneqro seçki müşahidə missiyasının rəhbəri Predrone Sekuriç 9 fevral 2020-ci ildə keçirilmiş parlament seçkilərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirib. Onun sözlərinə görə, seçkilər kifayət qədər şəffaf, demokratik və tələb olunan yüksək seçki texnologiyaları standartlarına cavab verəcək şəkildə keçirilib. “Dünən gözəl gün idi”, deyən Monteneqro müşahidə missiyasının rəhbəri seçki günü 16 məntəqədə olduqlarını və heç bir qanun pozuntularına rast gəlmədiklərini də qeyd edib. Müşahidəçi daha əvvəllər də Azərbaycanda olduğunu, prezident və parlament seçkilərini müşahidə etdiyini xatırladaraq, bu ölkəni sevdiyini, xalqının isə qonaqpərvər olduğunu da bildirib.
O, seçkilərdə üstünlük qazanmış şəxsləri təbrik etməklə yanaşı, əsas olaraq, Azərbaycan xalqının və demokratiyanın qalib olduğunu bildirib. “Azərbaycan xalqı və demokratiya qalibdir”, Sekuriç vurğulayıb.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB