Ştefan Lemme: “Səslərin sayılması ilə bağlı heç bir nöqsan tapılmayıb” Demokratik seçkilər
Almaniya Bundestaqının keçmiş deputatı Ştefan Lemme və daha altı almaniyalı müşahidəçi 8 seçki məntəqəsində müşahidə aparıblar. SİA xəbər verir ki, Lemmenin bildirdiyinə görə, səslərin sayılması zamanı isə, məntəqələrin birində 20-yə yaxın xarici ölkələrin və beynəlxalq missiyaların müşahidəçiləri, namizədlərin vəkilləri, MSK üzvləri və jurnalistlər iştirak ediblər. Nəticədə səsvermə prosesi və səslərin sayılması ilə bağlı heç bir nöqsan tapılmayıb.
“Hər şey beynəlxalq normaların tələb etdiyi tərzdə və demokratik prinsiplərə riayət çərçivəsində baş verib”, deyə Bundestaqın keçmiş deputatı bildirib.
Müəllif: Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB