Fikrət Akçura: "ICAO-nun icazəsi olmadan Ermənistanın Dağlıq Qarabağa uçuşlar həyata keçirməsi mümkün deyil" - AÇIQLAMA
Azərbaycanla Ermənistan arasında 20 ildən artıq davam edən hərbi-siyasi mübarizə yeni mərhələyə qədəm qoyur desək, yəqin ki, yanılmarıq. Bu günümüzə qədər Azərbaycan torpaqlarını işğal edən, milyondan artıq soydaşımızı öz ata-baba yurdundan qovan, sivil insanlara qarşı silsilə terror aktları törədən, minlərlə günahsız insanımızı qətlə yetirən işğalçı Ermənistan zorla ələ keçirdiyi Dağlıq Qarabağ ərazisində yaratdığı qondarma qurumu dünya ölkələrinə tanıtmaq üçün min bir hoqqadan çıxır. Separatçı qurumun "prezidentini", "parlamentini" və digər qondarma dövlət strukturlarını yaradan Ermənistan bununla da kifayətlənməyib ayrıca hava nəqliyyatı xidməti də yaratmaq və bunu dünya miqyasında tanıtmaq, dövlətlərlə birbaşa əlaqələr yaratmaq istəyir. Və sübut etmək istəyir ki, müstəqil şəkildə yaşamağa qadirdir. Əlbəttə, separatçıları özbaşına buraxsan daha çox iştaha gələrlər.
Sual olunur, ermənilər niyə məhz mülki hava nəqliyyatını yaratmaqda israrlıdırlar. Bunun da cavabı çox asandır. Mülki ad altında öz çirkin əməllərini həyata keçirmək, dünyaya özlərini humanist millət kimi təqdim etmək və nəhayət müstəqil ola bilmələrini sübut etmək. Yəqin ki, bunun ardınca daha hansı erməni hoqqabazlığı gələcək. Ermənistan prezidentinin "ilk sərnişin" olmaq istəyinə gəlincə, əlbəttə, bu daxili siyasətə hesablanmış gedişdir. Xocalı aeroportunun yenidən qurulmasından sonra uçuşların bərba olunması niyyətinə Azərbaycan tərəfinin sərt reaksiya verməsi, hətta təyyarələrin fiziki məhvi məsələsinin gündəmə gəlməsi aktuallıq kəsb etdiyi bir vaxtda Azərbaycan XİN-in məsələyə daha çox beynəlxalq qanunlar çərçivəsindən baxmağın lazım olduğunu deməsi lazımi dairələri hərəkətə gətirib.
"Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) icazəsi olmadan Ermənistanla Dağlıq Qarabağ (Azərbaycanın işğal olunmuş regionu) arasında uçuşların həyata keçirilməsi üçün yeni dəhlizin açılması haqqında qərar qeyri-qanunidir". Bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura jurnalistlərə açıqlamasında bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB