Xarici parlamentarilər: “Seçkilərdə heç bir problem və maneələrlə qarşılaşmadıq” - VİDEO- FOTOLAR

Xarici parlamentarilər: “Seçkilərdə heç bir problem və maneələrlə qarşılaşmadıq” - VİDEO- FOTOLAR

"Pulman" otelində xarici müşahidəçilərin 9 fevral 2020-cildə keçirilmiş parlament seçkiləri ilə baglı mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, mətbuat konfransında çıxış edən müşahidəçilər bildiriblər ki, onların Bakıda olmalarının səbəbi parlament seçkilərini müşahidə etməkdən ibarət olub.

Bildirilib ki, seçki prosesi yüksək səviyyədə təşkil olunub və diqqətçəkici amillərdən biri də seçkiləri çoxsaylı müşahidəçilərin izləməsi olub. Bavariya parlamentinin deputatı Unri Henkel bildirib ki, onlar bütün məntəqələri gəzə bilməsələr də, bir neçə məntəqələrdə müşahidələrini reallaşdırıblar və müşahidələr zamanı heç bir problem və maneələrlə rastlaşmayıblar.

Ynanıstan parlamentinin deputatı Mazaros isə bildirib ki, onlar dörd seçki məntəqəsində olublar və seçki prosesi demokratikliyi, şəffaflığı ilə seçilib. “Mən də həmkarlarımla yeni seçiləcək parlamentin tərkibinə uğurlar arzulayıram”, deyə yunanıstanlı deputat qeyd edib.

Digər yunan parlamentinin təmsilçisi Stella Bizioy da qeyd edib ki, seçkiləri müşahidə etdikləri zaman heç bir problem yaşanmayıb. “İnanıram ki, nəticələr də şəffaf və demokratiyanın möhkəmlənməsinə xidmət edəcək”, xanım parlamentari bildirib.

Yunanıstan parlamentinin digər xanım deputatı Katorina Monoyo da həmkarlarının fikirləri ilə tam razı olduğunu qeyd edib və bildirib ki, o həmkarlarından fərqli olaraq, öz ana dilində danışmağı tərcih edir. Monoyo yunan dilində “Azərbaycan xalqının diqqətinə və qonaqpərvərliyinə görə təşəkkür edirəm və bildirirəm ki, seçkilər demokratik keçib”, deyə vurğulayıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə