"Seçicilər azad və şəffaf şəkildə səsvermədə iştirak edirlər" 26 saylı Məntəqə sədri

"Seçicilər azad və şəffaf şəkildə səsvermədə iştirak edirlər" 26 saylı Məntəqə sədri

“Bizim 1313 seçicimiz var. İndiyədək artıq 170-180 nəfər səsvermənimiz olub. Proses davam edir”. Bunu SİA-ya açıqlamasında 17 saylı Yasamal üçüncü Seçki Dairəsinin 26 saylı Məntəqə sədri Sevda Heydərova deyib.

Məntəqə sədrinin sözlərinə görə, seçicilərin məntəqəyə rahat gəlməsinə bir qədər hava şəraiti da təsir göstərib: “Seçki məntəqələri axşam saat 19:00-da bağlanacaq və ona qədər seçicilərin gəlişi gözlənilir. İnanırıq ki, aktivlik daha da artacaq. Bizə heç bir şikayət daxil olmayıb. Bizə xəstəlikləri ilə bağlı iki seçici müraciət etmişdi. Onların evlərinə səsvermələri üçün daşınan qutular göndəriləcək.

Seçicilər səhər saat 8:00-dan etibarən məntəqələrə gələrək, azad və şəffaf şəkildə səsvermədə iştirak edirlər. Eləcə də, yerli və xarici müşahidəçilər üçün seçki prosesini izləməyə bütün şərait yaradılıb. MSK tərəfindən seçicilər üçün bütün şəraitin yaradılması, seçkilərin Seçki Məcəlləsinə uyğun həyata keçirilməsi də sübut edir ki, bu proses demokratik və şəffafdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə