Gömrük nəzarətindən gizlədilmiş xeyli mobil telefon aparatı aşkarlanıb

Gömrük nəzarətindən gizlədilmiş xeyli mobil telefon aparatı aşkarlanıb

Azərbaycan gömrükçülərinin həyata keçirdikləri əməliyyat zamanı gömrük nəzarətindən gizlədilmiş xeyli mobil telefon aparatı aşkarlanıb. Dövlət Gömrük Komitəsindən (DGK) SİA-ya verilən məlumata görə, Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşı Mahir Hüseynovun idarə etdiyi "Mercedes-Benz 290 D" markalı minik avtomobilinə "Sınıq-Körpü" gömrük postunda gömrük nəzarəti həyata keçirilən zaman həmin avtomobilin yanacaq çəninin içərisində xüsusi düzəldilmiş yerdən 91 ədəd Çin istehsalı olan mobil telefon və onlara aid 220 ədəd aksesuar aşkar edilib.

 

Eyni gündə Gürcüstandan Azərbaycana gələn Gürcüstan vətəndaşı Faiq Əliyevin idarə etdiyi "Mercedes-Benz 190" markalı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. Baxış zamanı avtomobilin yanacaq çəninin içərisində xüsusi düzəldilmiş yerdən, eləcə də avtomobilin qabaq sağ və sol qanadlarının üzlüklərinin altından 101 ədəd Çin istehsalı olan mobil telefon və onlara aid 389 ədəd aksesuar aşkar edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə