YAP-da Bolqarıstan parlamentinin üzvləri ilə görüş keçirilib TƏDBİR
Bu gün Yeni Azərbaycan Partiyasının İcra katibliyində YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputat Sevinc Fətəliyeva Bolqarıstan parlamentinin üzvləri, ATƏT-in Azərbaycanda parlament seçkilərini müşahidə missiyasının üzvləri olan Əhməd Əhmədov və Həmid Həmid ilə görüşüb.
Görüşdə YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Partiyanın apardığı seçki kampaniyası barədə məlumat verib və bildirib ki, Azərbaycanda azad, demokratik və şəffaf seçkilərin keçirilməsi üçün hər cür şərait mövcuddur. Ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür və bu, seçkilərin normal keçirilməsi üçün vacib şərtlərdən biridir.
Sevinc Fətəliyeva deyib ki, ölkəmizdə indiyə qədər keçirilən seçkilər demokratik keçirilib. Fevralın 9-da keçiriləcək seçkilər də ölkənin demokratik inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycan dövlətinin bu seçkilərin də azad və şəffaf keçirilməsi üçün güclü siyasi iradəsi var.
Daha sonra çıxış edən ATƏT-dən olan müşahidəçi, boqlarıstanlı deputat Əhməd Əhmədov və Həmid Həmid görüşdən məmnunluğunu bildirərək, qurumun Azərbaycanda seçkilər prosesinə maraq göstərdiyini ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB