“Seçki daim yenilənən texnologiyadır, dünyanın hansı ölkələrində keçirilməsindən asılı olmayaraq daim yenilənən sistemdir“ - RƏY
Resurs Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin sədri, siyasi ekspert Rasim Quliyev Trend Xəbərlər şirkətinin Mətbuat Mərkəzində mətbuat konfransı keçirib. SİA-nın verdiyi məlumata görə, konfransda Rasim Quliyev 1995-2020 Milli Məclisə seşkilərlə əlaqədar apardığı araşdırmaları barədə ətraflı məlimat verib.
Siyasi ekspert bildirib ki, 1995, 2000, 2005, 2010, 2015- ci illərdə keçirilmiş Milli Məclisə sekilərdən fərqli olaraq bu il rekord sayda vətəndaşlarımız namizədliklərini irəli sürüb. Namizədlər arasında gənclərin və qadınların sayına görə də ötən Milli Məclisə seçkilərdən fərqlənir.
2005-ci ilə qədər I və II çağrış parlament seçkiləri qarışıq sistem üzrə keçirilirdisə 2005-ci ildən Miili Məclisə seçkilər majoritar qaydada keçirilir. 2005-ci ildə noyabrın 6-da keçirilən seçkilərdə 1541 nəfər qeydə alınmış namizədlərin 58% siyasi partiyalar, 42% bitərəflər təşkil edib. İştirak edənlərin 11% qadın namizədlər olub.
2010-cu ildə Seçki marafonunda iştirak etmək üçün dairə seçki komissiyalarına 1043 vətəndaş müraciət etmiş, onlardan 743-ü qeydiyyata alınmış, 690 namizədin adı seçki bülletenlərinə daxil edilmişdir. Milli Məclisə seçkilərdə 23 siyasi partiya tərəfindən namizədlər irəli sürülmüş, bunlardan 10-u müstəqil, 13-ü isə 5 blokda birləşərək iştirak etmişdir. Qadın namizədlər 13% təşkil edib.
2015-ci ildə 1823 nəfər müraciət edib: "Onlardan 572-si siyasi partiyalar, 62-si "Azadlıq-2015" seçki bloku, 3-ü təşəbbüs qrupu tərəfindən, 1186 nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. 1805-nin namizədliyinin irəli sürülməsi təsdiq edilib". Bunlardan 123 nəfəri qadınlardır. Qeydə alınan namizədlərin 213-ü siyasi partiyalar, 5-i "Azadlıq-2015" bloku, 2-si təşəbbüs qrupu, 662-si isə fərdi qaydada irəli sürülüb.
Bu il fevralın 9- da Milli Məclisə keçiriləcək seçkilərdə isə namizədlərin rekord sayda 2431 nəfər müraciət edib. Yenə rekord sayda, 1637 nəfər namizəd qeydə alınmışdır, lakin yanvarın 31-dək olan dövrdə onlardan 312-si namizədliyini geri götürüb. Xüsusilə, namizədliyini geri götürənlərin bir çoxu hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləridir. Belə ki, partiyanın qərarına tabe olmayan deputatlığa namizədləri dəstəkləməyəcəyini və partiya sıralarından xaric ediləcəyi ilə bağlı bəyanat verdikdən sonra namizədliyini geri götürənlərin sayı 95 nəfərdən 237-yə çatıb. Beləcə, namizədlərin sayı 1325-ə enib. Bunlardan, 360 namizəd 19 siyasi partiyanı təmsil edirlər.
Ən çox namizədlə təmsil olunan partiya və siyasi blokların siyahısı aşağıdadır: Yeni Azərbaycan Partiyası - 123 namizəd (47 nəfər köhnə tərkibdəndir)(onlardan 25 nəfəri qadın namizəddir) YAP namizədlərinin 18 nəfərini 35 yaşadək gənclər, 30 nəfərini isə 60 yaşdan yuxarı şəxslər təşkil edir. 35-59 yaş arası namizədlərin sayı isə 75 nəfərdir. Müsavat Partiyası - 81 namizəd, ReAl Cümhuriyyətçilər İttifaqı - 31 namizəd, Hərəkət Seçki Bloku - 18 namizəd, İslahatlar Naminə Açıq Media Bloku (İNAM) - 16 namizəd, Ana Vətən Partiyası - 14 namizəd, Azərbaycan Demokrat Partiyası - 10 namizəd, Azərbaycan Milli İstiqlal Partiyası - 9 namizəd, Müasir Müsavat Partiyası - 5 namizəd... Digər partiyalar - Vətəndaş Həmrəyliyi Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Böyük Azərbaycan Partiyası, Vahid Azərbaycan Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Ümid Partiyası.
Milli Məclisə seçkilərdə deputatlığa namizəd qadın və kişilərin sayı 299 nəfəri, başqa sözlə, 22,58 faizi qadındır. Kişi deputatlığa namizədlər isə 1025 nəfərdir. Yəni deputatlığa namizədlərin 77,42 faizi kişidir.
Namizədlərin yaş həddi, 18-28 yaş həddi 82 nəfər, 29-39 yaş həddi 407 nəfər, 40-55 yaş həddi 542 nəfər, 56-66 yaş həddi 251 nəfər, 67+ yaş həddi 43 nəfər təşkil edir.
Parlament seçkiləri ilə əlaqədar ümumi şikayətlərin sayı 30-40-ı keçmir. Yəni, builki seçkilərdə şikayətlər ötən seçkilərlə müqayisəolunmaz dərəcədə azdır.
Ölkə ərazisində keçirilən parlament seçkilərində seçici fəallığı 2005-ci ildə 42.2%, 2010-cu ildə 49.56%, 2015-ci ildə 55.54% təşkil etmişdir ki, bu da seçici fəallığının yüksələn xətt üzrə inkişafı kimi dəyərləndirilə bilər. Seçici fəallığından danışarkən 2018-ci il Azərbaycan Respublikası Prezidenti seçkilərində seçicilərin aktivliyi təxminən 85% olmuşdursa, 2019-cu il bələdiyyə seçkilərində seçici fəallığı 32.72% təçkil edib. Bu barədə aparılan araşdırmalar belə qənaət hasil edir ki, xalqın, vətəndaşın bu təsisatlara münasibəti fərqlidir. Ümumiyyətlə vətəndaşların hüquqi - siyasi savadı normaldan yüksək, təsisatlara inamı fərqlidir ki, bu da təsisatlara münasibətdə inamın şüurlarda möhkəmlənməsi üçün təbii prosesin gərəkliyi zərurətini ortaya çıxarır.
Resurs AİM-in sədri Rasim Quliyev onu da diqqətə çatdırıb ki, "Seçki daim yenilənən texnologiyadır. Yəni seçkilərin keçirilməsi dünyada istər ən yüksək inkişaf etmiş ölkələrdə, istər inkişaf etməkdə olan ölkələrdə keçirilməsindən asılı olmayaraq daim yenilənən sistemdir. Elm və texnologiya inkişaf etdikcə insanların şüuru da buna adekvat olaraq inkişaf edir. Bu gün Azərbaycanda seçki məntəqələrinin çox böyük əksəriyyətində, çox yüksək faizində veb-kameraların quraşdırılması, namizədlərin seçiciləri qeyri-qanuni hərəkətlərə məcbur etməməsi üçün hökumət tərəfindən çox ciddi işlər görülür. Əvvəllər seçicilərin barmaqlarına gec gedən mayelərin vurulması ilə onların başqa dairədə səs verməsinin qarşısı alınırdısa, indi elektron şəbəkədən istifadə etməklə də müəyyən inzibati tədbirlərin görülməsinə şərait yaradılır. Artıq vətəndaşların özü də seçki qanunvericiliyini pozmaqdan çəkinirlər. Beləliklə, Azərbaycanda 9 fevral tarixində keçiriləcək Milli Məclisə seçkilərdə bu günə qədər aparılan prosedurların hər biri hüquqi cəhətdən ən yüksək standartlara uyğun, texniki cəhətdən bütün tələblərə cavab verən şəkildə təşkil olunaraq keçirilmişdir. Kiçik qanun pozuntuları görülən böyük işlərə kölgə salmaq iqtidarında deyil. Azərbaycanda keçiriləcək seçkilərə həm hüquqi, həm texniki hazırlıq dünya standartlarına cavab verir".
Apardığımız araşdırmalara əsasən deyə bilərəm ki, bu il Azərbaycanda keçirilən parlament seçkilərində bir çox dairələrdə rəqabət daha böyükdür. Belə ki, 15 saylı dairədə 21 nəfər namizəd, 16 saylı dairədə 21, 29 saylı dairədə 20 nəfər deputatlığa namizəd qeydiyyatdan keçib. Azərbaycanda qeydiyyatdan keçmiş 10-dan çox namizədin mübarizə apardığı dairələrin sayı 52-dən çoxdur. Bunların 28-i Bakı və Abşeron yarımadasına, 24-ü isə kənd və rayon seçki dairələrinə aiddir. Ən ucqar rayonlarda - Lerik, Lənkəran kimi rayonlarda seçki dairələrində mübarizə aparan namizədlərin sayı 10-15 nəfərdir. Bu ötən seçkilərdən olduqca fərqlənir və çox müsbət haldır. Məsələn, tutaq ki, Lerik rayonunda 15 nəfər namizəd qeydiyyatdan keçirsə, həmin namizədlərin yaxınları, əqrabası da seçkilərə cəlb edilirsə, bu özü seçicilərin fəallığını, namizədlərin ciddi rəqabət prinsipallığını, nəticədə isə seçkinin aktiv siyasi temprament ilə keçirilməsini şərtləndirdiyi üçün seçkinin ümumi mənzərəsinə təsir göstərən çox mühüm haldır. 2020-ci il parlament seçkiləri bələdiyyə seçkilərindən qısa zaman kəsiyindən sonra keçirildiyinə görə vətəndaşlarımız eləcə də aidiyyatı orqanlar bu seçkiyə tam hazırdır. Bu faktın özü də 9 fevral Parlament seçkilərinin ən yüksək, müasir standartlara cavab verən şəkildə təşkil olunduğunu deməyə əsas verir. Seçkidə iştirak edən, xüsusən, müxalifət namizədləri də etiraf edirlər ki, seçkiyə hazırlıq yüksək səviyyədədir və heç bir namizədə hər hansı maneə yaradılmamışdır. Azərbaycan Prezidentinin də dediyi kimi xalqın tələbinə cavab verən parlamentin yaradılmasına nail olacağıq.
Resurs Analitik İnformasiya Mərkəzinin Mətbuat xidməti
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB