Artur Vanetsyan: “Paşinyanla aramızda fikir ayrılıqları olub” PARTİYA YARADIR
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin daha bir sabiq rəhbəri Artur Vanetsyan aktiv siyasi fəaliyyətə keçəcəyini bəyan edib. SİA xəbər verir ki, o bu barədə Ermənistan çap mətbuatının baş redaktorları ilə görüşündə deyib.
“Təxmin edilir ki, bu siyasi qüvvənin qeydiyyatdan keçərək yaradılması olacaq, hansı ki, mən qısa zamanda bunu etmək qərarını vermişəm. Yaxın günlərdə yeni siyasi partiyanın yaranması elan ediləcək”, deyə Vanetsyan bildirib.
Onun sözlərinə görə, partiya özündə hazırkı hakimiyyətin fəaliyyətindən narazı qalan insanları birləşdirəcək. O insanları ki, hökumət onların ümidlərini doğrultmadı və o insanları ki, keçmişə qayıtmaq arzusunda deyillər.
“Mövcud hakimiyyətə alternativ olan əvvəlki hakimiyyət deyil. Keçmişə qayıdış olmayacaq. Şəxsən mən buna və cəmiyyətin ağlara-qaralara bölünməsinə qarşıyam”, deyən MTX-nin sabiq rəisi həmçinin bildirib ki, onun konforsizmdən çıxış edərək, MTX-nin rəhbəri vəzifəsində qalmaqla, təhlükələr barədə danışmaması amorallıq olardı: “Mənimlə Nikol Paşinyan arasında ölkənin idarəçiliyi, vətəndaş marağı və ümumiyyətlə həyat barədə fikir ayrılıqları olub. İstefama qədər və sonrasında mənim Paşinyana heç bir borcum olmayıb, mən öz işimi gördüm, hər şey etdim ki, onun inqilaba qədər verdiyi vədləri reallığa çevrilsin. Təəssüf ki, biz minlərlə insanın ümidlərini doğrulda bilmədik, kifayət qədər çox təəssüfləndirici hallar baş verdi. Hakimiyyətdə olan bir çox insanlar inqilab ideyalarına xəyanət ediblər”.
Vanetsyan sonda bildirib ki, Paşinyan dəfələrlə qəribə tapşırıqlar verirdi ki, həmin tapşırıqlar MTX tərəfindən icra olunmadı.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB